Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 8-ci maddəsinin əsas məqsədi şəxsi və ailə həyatını, mənzili və yazışmaları əsassız müdaxilələrdən qorumaqdır. 8-ci maddənin məqsədi fərdləri dövlət orqanlarının əsassız müdaxilələrindən qorumaq olsa da, bu maddə dövlətin təkcə belə müdaxilələrə yol verməkdən çəkinməsini nəzərdə tutmur: əsasən neqativ öhdəlik olan bu öhdəlikdən əlavə, şəxsi həyata hörmət hüququnun faktiki təmin edilməsi üçün pozitiv öhdəliklər də mövcud ola bilər. Bu öhdəliklər hətta fərdlərin öz aralarındakı münasibətlər sahəsində şəxsi həyata hörməti təmin etmək üçün nəzərdə tutulmuş tədbirlərin qəbul olunmasını da əhatə edə bilər (misal üçün bax: Evans Birləşmiş Krallığa qarşı, § 75 – hərçənd ki, bu prinsip ilk dəfə Marks Belçikaya qarşı məhkəmə işində təsbit edilib).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı