Şriftin ölçüsü :
Saytın rəngi :
“1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin tətbiq dairəsini geniş şəkildə götürür və bildirir ki, bu maddə hətta onun mətnində nəzərdə tutulmayan konkret hüququ da əhatə edə bilər. Bununla belə, onun tətbiq dairəsi qeyri-məhdud deyil.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı