Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ağlabatan müddət: həbs (2)

18.01.2022

 Avropa Məhkəməsinin presedent hüququna əsasən,  təqsirləndirilən şəxsin ibtidai həbsdə saxlama müddətinin ağlataban həddi keçməməsini təmin etmək vəzifəsi ilk növbədə milli hakimiyyət orqanlarının üzərinə düşür.  Bu məqsədlə onlar həbsə haqq qazandıran həqiqi ictimai marağın mövcudluğu məsələsinin lehinə və əleyhinə olan bütün halları araşdırmalı və bu zaman təqsirsizlik prezumpsiyası prinsipinə və şəxsi azadlığa hörmət edilməsi haqqında normadan kənaraçıxma hallarına lazımi diqqət yetirməli və azadlığa buraxma haqqında ərizələr barəsində qərarlar qəbul edərkən bütün bunları həmin qərarlarda əks etdirməlidirlər. Həbs edilmiş şəxsin cinayət törətməsi barədə ağlabatan şübhənin daim mövcudluğu davamlı olaraq həbsdə saxlanmanın qanuniliyinin “sine qua non” (zəruri, məcburi) şərtidir, lakin müəyyən müddət keçdikdən sonra o, daha yetərli olmur. Belə olan halda müəyyən edilməlidir ki, irəli sürülən əsaslar azadlıqdan məhrum etmənin davam etməsinə haqq qazandırırmı?! 
    Assenov və başqaları Bolqarıstana qarşı iş (№ 90/1997/874/1086/, 28.10.1998, § 154).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.