Şriftin ölçüsü :
Saytın rəngi :
Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayon sakini Yaqublu Tofiq Rəşid oğlunun polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalmasına dair nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Kərimlinin müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Yaqublu Tofiq Rəşid oğlu 2021-ci il dekabr ayının 1-də saat 15 radələrində Səbail rayonu ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə ölkə üzrə tətbiq olunan karantin rejimi qaydalarını pozan hüquqazidd hərəkətlərinə görə onu polis bölməsinə dəvət etmək məcburiyyətində qalmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirmişdir. Bütün mümkün sübutetmə vasitələrindən istifadə olunmaqla şikayət ərizəsində qeyd olunan xüsusatlar tam və hərtərəfli araşdırılmış, polis əməkdaşları tərəfindən Yaqublu Tofiq Rəşid oğluna fiziki və psixi zorakılıqların göstərilməsi faktları müəyyən olunmamışdır. Toplanmış sübutların həcmi cinayət işinin başlanması üçün əsasların olmadığı nəticəsini formalaşdırdığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar barədə Yaqublu Tofiq Rəşid oğlu və nümayəndəsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məlumatlandırılmaqla, ondan yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı