Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2-ci, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 dekabr 2021-cil il tarixli qərarı 13 yanvar 2022-ci ildə rəsmi internet saytında dərc olunmaqla qüvvəyə minmişdir

14.01.2022

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2-ci, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 dekabr 2021-cil il tarixli qərarı 13 yanvar 2022-ci ildə rəsmi internet saytında dərc olunmaqla qüvvəyə minmişdir.

 Qərarda müəyyən edilmişdir ki:

- İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır.

- İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi xidmət əleyhinə inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edə bilməz.

- Məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.

 Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.