Şriftin ölçüsü :

Saytın rəngi :

#heçbilirdinizmi - Heç bilirdinizmi anlaqsızlıq nədir?

14.01.2022

 Məlumat verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
 Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınmışdır.
 Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi anlaqsızlıq nədir?” mövzusu ilə bağlı cinayət qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilmişdir. 
 Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.