Şriftin ölçüsü :

Saytın rəngi :

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

13.01.2022

 01.10.2021-ci il tarixdə Şamaxı rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Şakir Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Şakir Cəfərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
 Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.