Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin əməkdaşının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

12.01.2022

Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Araşdırmalarla müəyyən edilmişdir ki, Xəyal Şərifov Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.