Şriftin ölçüsü :
Saytın rəngi :
Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, 11 dekabr 2021-ci il tarixdə paytaxtın Nizami rayon sakini, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılovaya əri Pərvin Ağayev tərəfindən bıçaqla xəsarətlər yeirilməsi faktı ilə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, istintaq zamanı əməldə “qəsdən adam öldürməyə cəhd” cinayətinin əlamətləri müəyyən edildiyindən cinayət işi üzrə əməl CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsinə tövsif olunaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir.
Hazırda Nizami rayon prokurorluğunda istintaq davam edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı