Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ağlabatan müddət: həbs (1)

10.01.2022

Avropa Məhkəməsinin presedent hüququna əsasən, həbs müddətinin ağlabatan olub-olmaması mücərrəd şəkildə qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin həbsxanada saxlanma müddətinin ağlabatan olub-olmaması hər bir işdə həmin işin xüsusi hallarına uyğun olaraq araşdırılmalıdır. Şəxsin uzun müddət həbsdə saxlanılmağa yalnız o halda haqq qazandırıla bilər ki, təqsirsizlik prezumpsiyasına baxmayaraq, işdə ictimai maraqların müdafiə tələbinin Avropa Konvensiyasının 5-ci maddəsində əksini tapmış şəxsi azadlığa hörmət tələbindən üstün tutulmalı olduğunu göstərən dəqiq əlamətlər olsun. Kudlya Polşaya qarşı iş (№ 30210/96, 20.10.2000, § 110).
 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.