Şriftin ölçüsü :

Saytın rəngi :

Bibisi oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

06.01.2022

Xəbər verildiyi kimi, 18 sentyabr 2021-ci il tarixdə İmişli rayonu, Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
 İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin dayısı oğlu Azad Mürsəlov  yaşadığı evin həyətyanı sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi qəsdən öldürmüşdür.
Azad Mürsəlov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər  Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.