Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08.12.2021-ci il tarixli Qərarında qeyd olunan məsələ ilə əlaqədar aşağıdakı qənaətə gəlmişdir:
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.
- Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və XLVIII Fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil.
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı