Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Müdafiəçi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ

27.12.2021

 Avropa Məhkəməsi özünün bərqərar olunmuş presedent hüququna istinad edir və xatırladır ki, təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə üçüncü şəxsin eşidə bilmədiyi şəraitdə görüşmək hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırmasının əsas tələblərinin bir hissəsidir və Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (c) bəndindən irəli gəlir. Əgər vəkil bu cür nəzarət olmadan öz müştərisi ilə məsləhətləşmək və ondan məxfi tapşırıqlar almaq imkanına malik deyilsə, onun yardımı öz əhəmiyyətinin çox hissəsini itirmiş olar, halbuki Konvensiyanın məqsədi praktiki və səmərəli hüquqları təmin etməkdir (S. İsveçrəyə qarşı iş, 28.11.1991, § 48). Təqsirləndirilən şəxslə onun vəkili arasında görüşlərin məxfiliyini təmin etmək üzrə müdafiə tərəfinin hüquqlarının mühümlüyü müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Avropa sənədlərində də təsdiq edilib (Brennan Birləşmiş Krallığa qarşı iş, № 39846/98, § 38-40). Lakin yalnız tutarlı əsaslar olduqda təqsirləndirilən şəxsin vəkili ilə görüşlərinə məhdudiyyət qoyula bilər. Araşdırmalı olan məsələ odur ki, məhdudiyyət, bütövlükdə prosesin işığında, təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edirmi?! 
Öcalan Türkiyəyə qarşı iş (№ 4622/99, 12.03.2003, § 146).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.