Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq qurumlarının əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin tətbiqinin dövri ümumiləşdirilməsi, habelə təkmilləşdirilməsi məsələlərinin müzakirəsi barədə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada ilk öncə iştirakçılara prokurorluq əməkdaşlarının xidməti və xidmətdən kənar davranışlarının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun 08 fevral 2008-ci il tarixli geniş Kollegiya iclasında qəbul edilmiş “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi” və onun tətbiqi ilə bağlı məlumat verilmişdir. Daha sonra isə, Azərbaycan Respublikası Baş prokurorunun 05 avqust 2020-ci il tarixli əmri ilə prokurorluğun tarixində ilk dəfə olaraq ad hoc qurum olaraq təsis edilmiş Etik Davranış Komissiyasının fəaliyyət göstərdiyi gündən hazıradək icraatına daxil olmuş və baxılmış materiallar üzrə prokurorluq işçiləri tərəfindən vəzifələri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olma və ya belə hərəkətlərə yol vermə halları, Etik Davranış Kodeksinin tətbiqi təcrübəsi, o cümlədən Komissiyada qəbul edilmiş qərarların təhlili tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Tədbir çərçivəsində prokurorluq əməkdaşlarının etik davranış qaydalarının nəzəri və tətbiqi əsaslarının təhlili, mövcud milli və beynəlxalq təcrübə öyrənilməklə bu sahədə işin təkmilləşdirilməsi istiqamətində Elm-Tədris Mərkəzinin təklifləri təqdim edilmiş, sonra isə digər qurumların əməkdaşlarının bu sahədə təklifləri dinlənilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı