Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün növbəti tədris tədbiri keçirilmişdir

24.12.2021

24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması məqsədilə növbəti tədris tədbiri keçirilmişdir.

Zoom proqramı vasitəsi ilə onlayn şəkildə keçirilən tədris tədbirində 15 tabe şəhər və rayon prokurorluqlarının işçiləri dinləyici qismində iştirak etmiş, tədbirə təlimçi qismində isə Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb edilmişlər.

Tədbir çərçivəsində “Cinayət təqibindən kənar icraatların təşkilinin aktual problemləri və onların həlli yolları” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr deyilmiş, son dövrlərdə qanunvericiliyə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə, habelə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı” barədə ətraflı məlumatlar verilmişdir.

Tədbir zamanı təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.