Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Hüquqi yardım

24.12.2021

 Avropa Məhkəməsinin presedent hüququna əsasən, Avropa Konvensiyasının 6-cı maddəsi adətən tələb edir ki, təqsirləndirilən şəxsə artıq polis istintaqının ilkin mərhələlərində vəkilin yardımından istifadə etmək üçün icazə verilsin.

 Lakin Konvensiyada açıq şəkildə əks olunmayan bu hüquq, tutarlı əsaslara görə məhdudiyyətlərə məruz qala bilər. Hər bir məhkəmə işində sual bundan ibarətdir ki, məhdudiyyət, bütövlükdə prosesin işığında, təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edirmi?! (Con Mürrey Birləşmiş Krallığa qarşı iş, 08.02.1996, § 63).
 Avropa Konvensiyasının məqsədi “nəzəri və xəyali hüquqları yox, praktiki və səmərəli hüquqları təmin etməkdir” və vəkilin təmin edilməsi, özlüyündə hüquq yardımının təqsirləndirilən şəxs üçün səmərəli olmasını təmin edə bilməz (Artiko İtaliyaya qarşı iş, 13.05.1980-cı il, § 33).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.