Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Müdafiəni hazırlamaq üçün kifayət qədər vaxt və imkana malik olma hüququ

23.12.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, Avropa Konvensiyasının 6-cı maddənin 3 (b) bəndi, təqsirləndirilən şəxsə “müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olma” təminatını verir və müdafiəyə hazırlığın əsas fəaliyyətinə məhkəmə prosesinə hazırlıq üçün istənilən “zəruri” hesab olunan bütün halların daxil olmasını nəzərdə tutur. Təqsirləndirilən şəxs öz müdafiəsini lazımi qaydada hazırlamaq, birinci instansiya məhkəməsində müvafiq arqumentlərini məhdudiyyətsiz təqdim etmə və bununla da məhkəmədə işin həllinə təsir etmə imkanına malik olmalıdır. Bundan başqa, cinayət təqibində hər bir təqsirləndirilən şəxsə verilən imkanlar, öz müdafiəsini hazırlamaq üçün araşdırma zamanı əldə olunan istintaqın nəticələri ilə tanış olmaq imkanını daxil etməlidir. Təqsirləndirilən şəxsə kifayət qədər vaxt və imkanın verilməsinə gəldikdə, bu, hər bir işin konkret hallarından asılı olaraq qiymətləndirilir.
Kornev və Karpenko Ukraynaya qarşı iş (№ 17444/04, 21.10.2010, § 66).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.