Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarının başlıca fəaliyyət istiqamətləri üzrə effektivliyin tam təmin olunması məqsədi ilə görülən işlərdən biri kimi qurumun beynəlxalq tərəfdaşlarla işgüzar əlaqələri daim diqqət mərkəzində saxlanılmaqdadır.
Belə əməkdaşlıq platformalarından biri kimi çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi (ACN) tərəfindən “COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiyaya qarşı mübarizə” mövzusunda vebinarın keçirilməsi ilə əlaqədar ölkəmizin bu sahədə əldə etdiyi müsbət istintaq təcrübəsi barədə Şəbəkəyə üzv olan və digər region dövlətlərinin nümayəndələrinə məlumat verilməsi xahiş edilmişdir.
Cari ilin 21 dekabr tarixində İspaniya, Latviya, Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan və digər bu kimi dövlətlərin hüquq-mühafizə orqanlarının müvafiq sahədə ixtisaslaşmış əməkdaşlarının iştirakı ilə virtual qaydada keçirilmiş sözügedən tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov geniş ictimai rezonansa səbəb olan pandemiya dövrünə xarakterik korrupsiya hüquqpozmaları ilə bağlı ölkəmizin prokurorluq orqanları tərəfindən aparılmış, cinayət işlərinin istintaqı təcrübəsi barədə təqdimatla çıxış etmişdir.
Eyni zamanda, tədbirdə Rumıniya və Qazaxıstan respublikalarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanlarının nümayəndləri də öz ölkələrində analoji sahədə baş verən qanunsuzluqlarla bağlı aparılmış cinayət işlərinin istintaq metodları və formalaşmış müsbət təcrübəyə dair çıxışlar etmiş, sonda aktual mövzu üzrə fikir mübadiləsi aparılmaqla iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı