Şriftin ölçüsü :
Saytın rəngi :
Dekabrın 22-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilmişdir.
Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, qurumun cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizə, ictimai maraqların qorunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və sair fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə uğurlu beynəlxalq təcrübədən geniş istifadə olunduğunu diqqətə çatdırmışdır.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycan tərəfini təbrik edən xanım Aşita Mittal post-müharibə dövründə beynəlxalq əməkdaşlığın müxtəlif sahələrdə olduğu kimi hüquqi sahədə də uğurlar əldə olunacağına ümidvar olduğunu bildirmişdir.
BMT rəsmisi cari ilin 13-17 dekabr tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 9-cu sessiyasında aktiv iştirakına görə Baş prokuror Kamran Əliyevə minnətdarlığını bildirərək qurumlar arasındakı əməkdaşlığın uğurla davam etdiriləcəyinə öz inamını ifadə etmişdir.
Daha sonra BMTNCİ-nin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanmış 2022-2025-ci illər üçün Azərbaycan Respublikası və BMTNCİ arasında Əməkdaşlıq üzrə Yol Xəritəsinin layihəsində yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılmış, müvafiq təkliflər səsləndirilmişdir.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı