Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 23-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçiriləcəkdir

20.12.2021

Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.
 
Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 23 dekabr cari ilin dekabrın 23-də saat 15:00-da videokonfrans formatında növbəti iclası keçiriləcəkdir.

Tədbirdə 2021-ci ildə işçi qrupunun üzvləri tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərə dair görülmüş işlər, növbəti ildə qarşıda duran vəzifələr və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi ilə bağlı müzakirələrin aparılması da planlaşdırılır.

Qeyd edilməlidir ki, özəl sektor nümayəndələri görüşdə iştirak edərək iclasın gündəliyinə daxil olan məsələlər üzrə müvafiq təkliflər vermək imkanına malikdirlər.

Görüş barədə ətraflı məlumatın https://azranking.az/az/protocols-announcements/%E2%80%9CKorrupsiya%20v%C9%99%20%C5%9F%C9%99ffafl%C4%B1q%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-77.html keçidindən əldə edilməsi mümkündür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.