Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin ən mühüm nəticələri sırasında prokurorluğa qulluğa qəbul olunmaq üçün müvəffəqiyyət qazanmış namizədlərin icbari təliminin məhz Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin maddi-texniki, resurs bazası hesabına təşkil edilməsi xüsusi olaraq qeyd olunmalıdır.
Belə ki, cari ilin dekabr ayının 16-da Mərkəzdə 2021-ci ildə prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 namizədin əyani şəkildə icbari təliminə başlanılmışdır.
Tədbirin keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən aktuallığı ilə seçilən, dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzuları əhatə edən təlimin tədris proqramı və tədris-tematik planı tərtib edilmişdir.
Tədris proqramı cinayət hüququ, cinayət prosesi, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ sahələrini, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən 50-dən artıq mühazirə və praktiki məşğələləri özündə ehtiva edir.
Təlimə prokurorluq, ədl
Pandemiya ilə əlaqədar karantin tədbirlərini və istehsalat təqvimini nəzərə almaqla təlimin 2021-ci ilin dekabr ayının 16-dan 2022-ci ilin yanvar ayının 12-dək Baş Prokurorluğun yeni inzibati binalar kompleksinin Konfrans zalında keçirilməsi təmin olunacaqdır.
Tədbirin ilk günü Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri cənab Kamal Cəfərov namizədlər qarşısında “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Eyni zamanda, Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən namizədlərə “Müasir Azərbaycan Prokurorluğu: islahatlar və qarşıda duran yeni vəzifələr”, “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı beynəlxalq standartlara əməl edilməsi metodikası” mövzularında da təqdimatlar edilmişdir.
İcbari təlim davam etdirilir.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı