Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İttihamın xarakteri və əsasları barədə məlumat alma hüququ

14.12.2021

Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) bəndi təqsirləndirilən şəxsin nəinki ittihamın əsasları barədə, yəni ona irəli sürülən və ittihamın əsasını təşkil edən real faktlar, həm də bu faktların hüquqi tövsifi barədə məlumat alma hüququnu tanıyır.

Avropa Məhkəməsinin presedent hüququna əsasən, məlumat verməkdən başlayaraq işdə iştiraka cəlb edilmiş şəxs, ona qarşı irəli sürülmüş ittihamın hüquqi və faktiki əsasları barədə rəsmi məlumatlandırılmış hesab olunur. Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) bəndi ilə (b) bəndi arasında əlaqə mövcuddur. İttihamın xarakteri və əsasları barədə məlumatlandırılma hüququ - təqsirləndirilən şəxsin müdafiəyə hazırlaşması işığında nəzərdən keçirilməlidir.

Pelissiye və Sassi Fransaya qarşı iş (№ 25444/94, 25.03.1999, § 51, 54).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.