Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Özünə qarşı ifadə verməmək hüququ

13.12.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, özünə qarşı ifadə verməmək hüququ konkret olaraq onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi, təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir.
Məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını; və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır.
Avropa Məhkəməsi dəfələrlə qərara almışdır ki, özünə qarşı ifadə verməmək hüququ ilk növbədə, təqsirləndirilən şəxsin susmaq hüququna hörmət edilməsi ilə bağlıdır. Konvensiyanın iştirakçısı olan dövlətlərin və digər ölkələrin hüquq sistemlərində, adətən nəzərdə tutulduğu kimi, bu hüquq - cinayət prosesində şübhəli şəxsin iradəsi ilə əlaqəsi olmayan güc tətbiqindən istifadə etməklə təqsirləndirilən şəxsdən əldə edilmiş materialdan, məsələn, müsadirə barədə qərar əsasında əldə edilmiş sənədlərdən, DNT testi məqsədi ilə götürülmüş nəfəs, qan, səs nümunələrindən, bədən toxumasından və s.-dən istifadə edilməsinə şamil olunmur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.