Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş arvadı və qaynatasını öldürməyə cəhd edən şəxs tutulmuşdur

10.12.2021

Dekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 1984-cü il təvəllüdlü Aynurə Cəfərovaya və atası 1958-ci il təvəllüdlü Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və sonuncunun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.