Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrini əlaqəli şəkildə şərh edib

08.12.2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2021-ci il tarixli həmin qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. 
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. 
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.