Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur

07.12.2021

KİV-dən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.
Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.