Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Sübutların əldə edilməsi: ədalətli məhkəmə prosesi (1)

02.12.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etmək üçün müdafiə tərəfinin hüquqlarına hörmət edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Konkret olaraq, ərizəçiyə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanının verilib-verilmədiyi araşdırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına alıb-almaması da nəzərə alınmalıdır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmursa, onda prosesin ədalətli olub-olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır, lakin qeyd etmək lazımdır ki, sübutlar ciddidirsə və onların etibarlı olmaması riski yoxdursa, müvafiq surətdə, sübutların iş üzrə digər materiallarla təsdiq edilməsinə də ehtiyac az olur.
Yallo Almaniyaya qarşı iş (№ 54810/00, 11.07.2006, § 96).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.