Şriftin ölçüsü :
Saytın rəngi :
Noyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb.
Görüşdə Baş prokuror ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Koreyanın hüquq mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin ölkəmizin hüquq mühafizə orqanlarının inkişafı üçün vacibliyi vurğulanmış, Kamran Əliyev tərəfindən gələcəkdə KOİCA ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə işlərin gücləndirilməsi barədə təklif irəli sürülmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Kim Tonq Op ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd etmişdir. Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edərək Baş prokurorun irəli sürdüyü təklifi dəstəkləmiş və bu istiqamətdə zəruri tədbirlərin keçiriləcəyini qeyd etmişdir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı