Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi baxımından nəzərə alınmalı mərhələyə gəldikdə, Avropa Məhkəməsi bildirir ki, cinayət işində “ağlabatan müddət” - ilk dəfə şəxs “təqsirli” bilindiyi andan başlayır; söhbət məhkəmə prosesinin, məsələn, həbsedilmə və ya ilkin yoxlamanın açılışından gedə bilər. 6-cı maddənin 1-ci bəndi baxımından “təqsirləndirmə”, “cinayət əməli törətməkdə ittiham edilən şəxs haqqında səlahiyyətli dövlət orqanının verdiyi rəsmi bildiriş” kimi təyin oluna bilər; bəzi hallarda o, şübhəli şəxsin vəziyyətində vacib nəticələrə səbəb olan və bu cür ittihama tətbiq olunan digər tədbirlər formasında da ola bilər.
Lavents Latviyaya qarşı iş (№ 58442/00, 28.11.2002, § 85).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı