Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Tutulmanın səbəbləri barədə aydın dildə və dərhal məlumat verilmə

26.11.2021

Avropa Konvensiyasının “5-ci maddənin 2-ci bəndində belə bir elementar təminat var ki, tutulmuş hər bir kəs azadlıqdan nə üçün məhrum edildiyini bilməlidir. Bu müddəa 5-ci maddənin təmin etdiyi müdafiə mexanizminin ayrılmaz tərkib hissəsidir: tutulmuş hər bir kəsə, 2-ci bəndə uyğun olaraq, onun tutulmasının hüquqi və faktiki əsasları sadə, onun başa düşə biləcəyi qeyri-texniki dildə deyilməlidir ki, o, məqsədəuyğun hesab etdikdə, 4-cü bəndə uyğun olaraq, tutulmasının qanuniliyi məsələsindən şikayət etmək üçün məhkəməyə müraciət edə bilsin… Baxmayaraq ki bu məlumat “dərhal” (fransızca: “dans le plus court delai”) verilməlidir, həmin məlumatın həbsi həyata keçirən səlahiyyətli şəxs tərəfindən həbs anında tam şəkildə deyilməsi vacib deyil. Məlumatın kifayət qədər və vaxtında verilməsi hər bir işin özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq qiymətləndirilməlidir”.
Dikmə Türkiyəyə qarşı iş (№ 20869/92, 11.07.2000, § 53).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.