Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikası İstanbul şəhər Baş Prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

26.11.2021

Xəbər verildiyi kimi, noyabrın 23-də Türkiyə Respublikası İstanbul şəhər Baş Prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlmişdir.
Noyabrın 25-də nümayəndə heyəti 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı” və İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olmuş, daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinə gedərək orada sərgilənən eksponatlara baxmışlar.
Noyabrın 26-də İstanbul şəhər Baş Prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başa çatmış və nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.