Şriftin ölçüsü :
Saytın rəngi :
Şamaxı şəhər sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənilməsini göstərmişdir.
Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.
İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilmişdir.
Prokurorluğa müraciət edərək məmnun qalan Rəvan İsayev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş etmişdir.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı