Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 05 noyabr 2021-ci il tarixli Qanunu qüvvəyə minmişdir

20.11.2021

Həmin qanuna əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən  ən geci bir il keçənədək verilə bilməsi müəyyən olunmuşdur.  Dəyişiklikdən əvvəl  həmin əmələ görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən  ən geci üç ay keçənədək verilə bilərdi. 
Bundan başqa, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma- aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılan inzibati xətaların dairəsinə əlavə edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.