Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun etməklə yanaşı, maarifləndirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilir. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən videoçarxlar hazırlanıb ictimaiyyətə təqdim olunur. Növbəti layihələrdən biri kimi, dövlət ittihamının həyata keçirilməsi ilə bağlı prokurorluq orqanlarının fəaliyyətinin özündə əks etdirən videoçarxların hazırlanaraq #dövlətittihamı həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınmışdır. Vətəndaşlar videoçarxları izləməklə prokurorluq əməkdaşları tərəfindən dövlət ittihamının hansı qaydada həyata keçirilməsi, cinayət mühakimə icraatında dövlət ittihamçısının rolu və digər aktual məsələlərlə bağlı maariflənə bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı