Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 5-ci maddəsinin 1 (a) bəndində təsbit olunan qanunilik tələbi (“qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq” “qanuni həbsə alma” tələbi) sadəcə müvafiq daxili qanunvericiliyə riayət edilməklə təmin olunmur; daxili qanunvericiliyin özü də Konvensiyaya, o cümlədən orada ifadə olunan və ya dolayısı ilə nəzərdə tutulan prinsiplərə, xüsusən də Konvensiyanın preambulasında aydın şəkildə qeyd olunan qanunun aliliyi prinsipinə uyğun olmalıdır. (“qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq” ifadəsinin kökündə duran ideya ədalətli və düzgün prosedur ideyasıdır, yəni şəxsi azadlıqdan məhrum edən tədbir müvafiq hakimiyyət orqanı tərəfindən qəbul və icra edilməli və hüquqa zidd olmamalıdır.
İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı işi (№ 48787/99, 08.07.2001, § 461).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı