Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonu ərazisində qanunsuz olaraq ağacların kəsilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

17.11.2021

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair ETSN-in 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır. 
Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Cumakənd kənd sakinləri Adil Cəfərov və Söhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılmış, nəticədə təbiətə 9 min 450 manat məbləğində ziyan dəymişdir.
Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Şəki rayon polis şöbəsinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.