Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulmuşdur

17.11.2021

Noyabrın 16-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
     Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
     Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
     Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.