Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Xanərəb kəndi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı cinayət işi başlanmışdır

16.11.2021

Bərdə rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır.
Araşdırma ila müəyyən edilmişdir ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilmiş və nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyanın dəymişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.1 (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.