Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhəri ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı cinayət işi başlanmışdır

15.11.2021

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ağac və kol bitkilərinin kəsilərək məhv edilməsi barədə ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır.
Araşdırma ila müəyyən edilmişdir ki,qeyd edilən ərazidə 6 ədəd ayland ağacı və 2 ədəd lüqustr kolu kökboğazından kəsilərək məhv edilmiş və nəticədə təbiətə 1.860 manat məbləğində ziyan dəymişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.