Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Saxta Covid-19 pasportunun satılması faktı ilə bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanmışdır

10.11.2021

KİV-dən daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, Neftçala rayon Polis Şöbəsinin sabiq əməkdaşı Elmar Xankişiyevin Neftçala RMX-nın vəzifəli şəxsləri ilə əlbir olaraq ayrı-ayrı şəxslərə saxta COVID-19 pasportu vermələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.