Şriftin ölçüsü :
Saytın rəngi :
Qonağı səmimi salamlayan Baş prokuror Azərbaycanla Türk Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin gücləndirilməsinin və həmin ölkələrin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirdi.
Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarında aparılmış hərtərəfli və institusional tədbirlər barədə məlumat verdi.
Baş prokuror qonağı cari ilin noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi haqda məlumatlandırdı.
Bağdad Amreyev yeni yaradılmış platformanın Türk Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis edilmiş Şuranın mühüm əhəmiyyətə malik olacağını vurğuladı.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də səmərəli fikir mübadiləsi aparıldı.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı