Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasında cinayət törətmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

04.11.2021

18.10.2015-ci il tarixdə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə  istintaq Ucar rayon prokurorluğunda tamamlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən  şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilmişdir.
Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.