Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Ukrayna Baş Prokurorluğu arasında əməkdaşlıq uğurla davam etdirilir

03.11.2021

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilmişdir.
Belə ki, Gəncə şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar  edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilmişdir.
Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan edilmişdir.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov 02.11.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.