Şriftin ölçüsü :

Saytın rəngi :

27 oktyabr 2021-ci il tarixdə Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxalq təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilmişdir. 

28.10.2021

27 oktyabr 2021-ci il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında  Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxalq təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilmişdir. 
Onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar  qəbul edilmiş, o cümlədən  Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilmişdir. Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülmüşdür. 
Namizədlər Beynəlxalq Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış etmişlər.
Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.