Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.
Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun cari ilin oktyabrın 29-da saat 10:00-da videokonfrans formatında növbəti iclası keçiriləcəkdir.
Tədbirdə “Özəl sektorda korporativ idarəetmə qaydalarının tətbiqi” mövzusunda ətraflı fikir mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, tədbir zamanı işçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi barədə müzakirələrin aparılması da planlaşdırılır.
Qeyd edilməlidir ki, özəl sektor nümayəndələri qeyd olunan görüşdə iştirak edərək iclasın gündəliyinə daxil olan məsələlər üzrə müvafiq təkliflər vermək imkanına malikdirlər.
Görüş barədə ətraflı məlumatın https://azranking.az/az/protocols-announcements/%E2%80%9CKorrupsiya%20v%C9%99%20%C5%9F%C9%99ffafl%C4%B1q%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-77.html keçidindən əldə edilməsi mümkündür.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı