Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Tərcüməçinin köməyindən istifadə etmə hüququ

25.10.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (e) bəndində göstərilən hüquq, təkcə məhkəmə baxışında şifahi çıxışlar üçün deyil, həm də ilkin istintaq zamanı yazılı sənədlərdə tərcüməçinin köməyindən pulsuz istifadə etməni nəzərdə tutur. 6-cı maddənin 3 (e) bəndi bildirir ki, məhkəmədə istifadə olunan dili başa düşməyən və bu dildə danışmayan “cinayət hadisəsi törətməkdə ittiham olunan” şəxs, ona qarşı başlanılmış işdə bütün müraciətlər və ya sənədlərin yazılı və şifahi tərcüməsi üçün tərcüməçinin köməyindən pulsuz istifadə etmə hüququna malikdir. Bu hüquq ona ədalətli məhkəmə araşdırmasına malik olma üstünlüyünü verir.
Lakin 6-cı maddənin 3 (e) bəndi yazılı sübutların bütün bəndlərinin və ya bir qayda olaraq rəsmi sənədlərin yazılı təcrüməsinin tələb edilməsini nəzərdə tutmur. Tərcümənin yardımı elə qaydada göstərilməlidir ki, cavabdeh ona qarşı qaldırılan işin mənasını anlamalı və özünü müdafiə edə bilməsi üçün məhkəmə qarşısında hadisələrə dair öz versiyasını irəli sürə bilməlidir. 
6-cı maddənin 3 (e) bənd ilə təminat verilən hüququn zəruriliyi nəzərə alınaraq, praktiki və effektli olmaq üçün, səlahiyyətli orqanların vəzifələri tərcüməçi təyin etməklə kifayətlənməməlidir. Əgər konkret hallar barədə məlumat alınmışdırsa, tərcümənin keyfiyyətinə də nəzarət həyata keçirilə bilər.
Kamasinski Avstriyaya qarşı iş (№ 9783/82, 19.12.1989, § 74).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.