Şriftin ölçüsü :

Saytın rəngi :

Qohumunu öldürməyə cəhd edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

25.10.2021

Xəbər verildiyi kimi, 21.06.2021-ci il tarixdə Sabirabad rayonu ərazisində Mirqiyas Mirmövsümovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.