Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Kamal Namazovun yaşadığı evdə ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır

25.10.2021

Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilmişdir ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olmuşdur.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir.
Hazırda faktla bağlı  rayon prokurorluğunda araşdırma davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.