Şriftin ölçüsü :

Saytın rəngi :

Ərini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

23.10.2021

Xəbər verildiyi kimi, 09 may 2021-ci il tarixdə 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
 Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, zərərçəkmişin arvadı İnnesa İsmayılova qeyd edilən tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundovu spirtli içkinin təsiri altında olmasından istifadə edərək evin dəhlizində itələyərək yerə yıxmış, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla sonuncunu boğaraq öldürmüşdür.
İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.