Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün təşkil olunan tədris tədbirləri davam etdirilir.
22 oktyabr 2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə onlayn şəkildə növbəti tədris tədbiri keçirilmişdir. Tədbirdə dinləyici qismində Baş Prokurorluğun və Bakı şəhər prokurorluğunun müvafiq qurumlarının, eləcə də 25 tabe şəhər və rayon prokurorluqlarının əməkdaşları iştirak etmişlər. Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin əməkdaşı ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb edilmişlər.
Tədbir çərçivəsində “Bəraət hökmünün çıxarılması ilə nəticələnən cinayət işləri üzrə məhkəməyədək icraat zamanı sübutetmə, təqsirliliyin sübuta yetirilməsi, prosessual məcburiyyət tədbirlərinin tətbiqi və istintaq hərəkətlərinin aparılmasında yol verilən səciyyəvi nöqsanlar” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr deyilmiş, habelə son dövrlərdə qanunvericilikdə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə ətraflı məlumatlar verilmişdir.
Tədbir zamanı təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılmışdır.
Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədris tədbirləri davam etdirilir.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı